"Ölkəmizin qarşısında açılan tarixi fürsət pəncərəsini sona qədər açmaq əzmindəyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Ölkəmizin qarşısında açılan tarixi fürsət pəncərəsini sona qədər açmaq əzmindəyik. Hökumət olaraq müqəddəs yürüşə xidmət etmək üçün gücümüz və inamımız var. Dövlət olaraq bizim kifayət qədər infrastrukturumuz və potensialımız var. Yetər ki, birliyimizə, qardaşlığımıza möhkəm yapışaq. Əsrlər keçdikdən sonra Türkiyə qlobal sistemin ən yüksək liqasına yüksəlmək imkanı qazandı", - Türkiyə lideri qeyd edib.

"Son 10 ildə çirkli tələlərin saysız-hesabsız nümunələrini görmüşük. Gəzi hadisələrindən tutmuş 15 İyula (FETÖ-nün dövlət çevrilişinə cəhdi nəzərdə tutulur -red.)qədər bir çox hadisələri geridə qoyduq", - Ərdoğan bildirib.