Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Suriya və İraqda əməliyyatlar aparmaq səlahiyyətlərinin iki il müddətinə uzadılmasına dair mandatı parlamentin təsdiqi üçün təqdim edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Ordunun bu iki bölgədə fəaliyyət göstərmək səlahiyyəti oktyabrın 29-da başa çatır. Prezident parlamentdən mandatın oktyabrın 30-dan iki il müddətinə uzadılmasını istəyib.

Sənəddə qeyd edilir ki, mandatın uzadılması İraq və Suriyada fəaliyyət göstərən bütün terror təşkilatları tərəfindən separatçı hərəkatlara, terrorizmə və Türkiyənin milli təhlükəsizliyinə hər cür təhdidlərə qarşı beynəlxalq hüquq çərçivəsində lazımi tədbirlərin görülməsi, həmçinin Türkiyəyə qarşı hücumların qarşısının alınması üçün zəruridir. Bu tədbirlərə həmçinin transsərhəd əməliyyatları da daxildir.

Parlamentin hazırkı mandatın bitmə tarixinə yaxın bu mandata baxıb səs verməsi gözlənilir.