Türkiyə Fələstin-İsrail münaqişəsi zamanı zərər çəkmiş mülki şəxslərə yardımın çatdırılmasını təşkil etmək üçün işlərə başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi, Krallığın Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı zamanı deyib.

"Danışıqlar zamanı prezident Ərdoğan Türkiyənin terror hücumlarından zərər çəkmiş günahsız mülki şəxslərə kömək etmək üçün işə başladığını, mülki yaşayış məntəqələrinin bombalanmasının qəbuledilməz olduğunu və region ölkələrinin münaqişələrə son qoyulması üçün konstruktiv mesajlar verməsinin vacib olduğunu bildirib", - Prezident Administrasiyasından bildirilib.