Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hindistanın paytaxtı Yehi Dehlidə keçirilən G20 sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və prezidentin baş müşaviri Sefer Turan da iştirak ediblər.

Görüşdə Türkiyə-Səudiyyə Ərəbistanı ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.