Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün sabah Soçiyə gedəcək. 

İqtisadiyyat.az xəbər verir ki, görüşdə həm ikitərəfli, həm də regional məsələlər müzakirə ediləcək. 

Gündəmin ən mühüm məsələsinin Taxıl Dəhlizi olacağı gözlənilir.

Ərdoğanın səfərindən əvvəl xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

İki liderin danışıqlarda məsələyə daha “strateji” prizmadan toxunacağı nəzərdə tutulub. Dünyanın maraqla gözlədiyi görüşdə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.

Ərdoğan və Putin Suriya və Ukraynadakı müharibə də daxil olmaqla, regional hadisələri də dəyərləndirəcəklər.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də ön plana çıxarılacağı gözlənilir.