Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvana rəsmi səfər edəcək.

İqtisadiyyat.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Qeyd edilib ki, səfər İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Görüşdə antiterror addımlarından sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə olunacaq.

İclasda Naxçıvanla Azərbaycan arasında quru əlaqəni təmin edəcək və bununla da Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq.

2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra Ermənistanla əldə olunan razılaşmanın maddələrindən biri də bu dəhlizin açılması olub. Lakin hələlik razılaşmanın bu maddəsi yerinə yetirilməyib. 

Xatırladaq ki, Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Zəngəzur dəhlizi ilə bağlı verilən vədlərin yerinə yetirilməsini gözlədiklərini qeyd edib.