"Putinlə görüşün nə qədər dəyərli olduğunun anlaşıldığına və bunun dünya tərəfindən təqdir edildiyinə inanıram". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamasından sitat gətirib.

"Taxıl dəhlizinin və bir çox humanitar məsələlərin müzakirə edildiyi bir vaxtda Putinlə görüşün nə qədər dəyərli olduğunun dünya tərəfindən qiymətləndirildiyinə inanıram", - Ərdoğan qeyd edib.