Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda Ukraynadakı münaqişənin həlli üçün vasitəçi kimi çıxış edəcək.

İqtisadiyyat.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, iki ölkə lideri bu gün Soçidə görüşəcək.

Məlumata görə, Ərdoğan müharibənin nəticələrinin hədsiz dərəcədə artdığını bildirəcək və regionda davamlı sülhün yaradılmasının vacibliyini vurğulayacaq.

Danışıqlar zamanı gündəmə gətirilməsi planlaşdırılan daha iki məsələ Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli, eləcə də iki ölkə arasında, xüsusilə Suriyada terrorla mübarizədə əməkdaşlıqdır.

 

Gözəl Həşimova