"Yaxın Şərqdə baş verənlər 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin formalaşması ilə siyasi həllin qaçılmaz olduğunu göstərir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əlcəzairdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Problemin ədalətli siyasi həlli olmadan tam nəticə əldə etmək mümkün deyil. İndi belə bir həll 1967-ci il sərhədləri daxilində və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan yanaşmadır". 

Ərdoğan İsrailin Qəzza zolağındakı hərəkətlərini və mülki hədəflərə hücumlarını "barbarlıq və müharibə cinayəti" hesab edib.