Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana yola düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, ölkə başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak edəcək.

Xatırladaq ki, noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)16-cı Zirvə Toplantısı keçiriləcək.