"Oktyabrın 7-dən bəri Türkiyə İsrail-Həmas arasında davam edən böhranın daha da genişlənməsinin qarşısını almaq üçün bütün səyləri göstərib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.

"Qəzza əhalisinin ehtiyaclarını müəyyən qədər ödəmək üçün Misirin Əl Ariş hava limanına tibbi və humanitar yardım materialları ilə dolu cəmi 8 təyyarə göndərdik. Yaralıların müalicəsi üçün ilkin olaraq 25 tibb işçimizi Misirə göndərdik. Eyni şəkildə, biz açıq şəkildə bildirdik ki, mülki şəxsləri, o cümlədən İsrail vətəndaşlarını hədəf alan hərəkətləri heç vaxt qəbul etmirik", - deyə o, bildirib.

 

Gözəl Həşimova