"Fələstin-İsrail münaqişəsinin digər ölkələrə yayılmadan həllini arzu edirik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə telefon danışığı zamanı bildirib.

"Danışıqlar zamanı prezident Ərdoğan bildirib ki, onun məqsədi gərginliyi regionun digər ölkələrinə sıçramadan dayandırmaq və ədalətli danışıqlar yolu ilə sülhə nail olmaq üçün yol açmaqdır. O, həmçinin Türkiyənin səmimi və sülhsevər səylərinin davam etdiyini bildirib. Bu səylər beynəlxalq ictimaiyyət, xüsusilə də region ölkələri tərəfindən dəstəklənir", - deyə Türkiyə Prezident Administrasiyasından jurnalistlərə bildiriblər.