Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücuma məruz qalan futbol hakimi Halil Umut Meler ilə telefonla danışıb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Halil Umut Melerini xəstəxanada ziyarət edərkən deyib.

Xatırladaq ki, Türkiyə Super Liqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” matçından (1:1) sonra meydan sahibi klubun prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melere yumruq atıb. Final fiti səslənən kimi meydana çıxan klub rəhbəri hakimin gözünün altını göyərdib. Buna Kocanın baş hakimin idarəçiliyindən kəskin narazı qalması səbəb olub.