"Siyasəti, iqtisadiyyatı, ictimai quruluşu, hərbi gücü, təhlükəsizliyi ilə hər sahədə güclü olmasaq, bu torpaqlarda yaşamağa imkan verməzlər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında bildirib.

"Vətənimizə qarşı qərəzli niyyəti olan o dairələr nə qədər ehtiyatlı davransalar da, üzə çıxırlar. Ermənistan illər boyu ölkəmizin ərazisi ilə bağlı xəyallar qurub. Lakin Qarabağ döyüşündən dərs aldı və yerində oturdu", - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova