"Dünya ölkələri Türkiyə və Rusiyanın taxıl müqaviləsi ilə bağlı müzakirəsinin nəticəsini ümidlə izləyir".

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşə başlamadan öncə deyib.

"Ən mühüm addım odur ki, bu gün bütün dünya ölkələri Türkiyə-Rusiya zirvə görüşü zamanı taxıl dəhlizi ilə bağlı müzakirənin hansı nəticə verəcəyini gözləyir. Bu görüş bütün dünyaya, xüsusilə inkişaf etməkdə olan Afrika ölkələrinə doğru bir addım olacaq", - deyə Ərdoğan bildirib.