Türkiyənin ilk Atom Elektrik Stansiyasının (AES) tikintisi sürətlə davam edir və ikinci AES-in tikintisi layihəsi müzakirə olunub.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra bildirib.

"Cənab Putinlə digər qlobal hadisələri də müzakirə etdik. Bizim Rusiya ilə sıx əlaqələrimiz regional və qlobal problemlərin həllinə köməklik göstərməyə davam edəcək. Akkuyu AES-in tikintisi eyni intensivliklə davam edir və biz ikinci AES kimi Sinop stansiyasının tikintisini müzakirə etdik", - Ərdoğan bildirib.

"Atılan addımlar sayəsində Türkiyə inkişafa doğru yol alacaq", - Türkiyə lideri əlavə edib.