Misirin ilk xristian monastırlarından birində 250-350-ci illər civarında yazılmış olduğu güman edilən kitab iyunda hərraca çıxarılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Christie's hərrac evi məlumat yayıb.

Qeyd edilib ki, mövcud olan ən qədim mətnlərdən biri hesab edilən "Crosby-Schoyen Codex"adlı kitab 2,8-3,8 milyon dollar dəyərindədir.

Christie's-in kitablar və əlyazmalar üzrə baş mütəxəssisi Eugenio Donadoni Reuters agentliyinə deyib: "Bu, papirus vərəqinin kodeks şəklini almağa başladığı keçid dövrüdür. Və bu kitabda yazılanlar Müqəddəs Kitabın ən erkən mətnləridir", - məlumatda qeyd edilib.