İqtisadiyyat.Az 2019-cu ilin yanvar-sentyabr aylarında hesablanmış sığorta haqları üzrə sığorta şirkətlərinin reytinqini təqdim edir:
Sözügedən dövrdə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 522,5 milyon manat sığorta haqqı toplayıb, 201,7 milyon manat sığorta ödənişi həyata keçirib.
Yığımlarına görə ilk üçlükdə “Paşa Həyat Sığorta”, “Paşa Sığorta” və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olub.
Sığorta şirkəti | Sığorta Haqları (manat) |
“Paşa Həyat Sığorta” | 164.442.138 |
“Paşa Sığorta” | 118.960.932 |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 41.920.922 |
“Atəşgah Həyat” Sığorta | 28.628.015 |
“Atəşgah” Sığorta | 27.876.957 |
“Xalq Sığorta” | 19.436.932 |
“Meqa Sığorta” | 18.988.238 |
“Qala Sığorta” | 18.205.767 |
“İpək Yolu Sığorta” | 17.479.955 |
“AtaSığorta” | 13.722.925 |
“AZSIĞORTA” | 11.330.477 |
“Qala Həyat” Sığorta | 10.522.019 |
“Standard Insurance” | 9.952.900 |
“A-Qroup Sığorta Şirkəti” | 6.079.885 |
“Günay Sığorta” | 5.063.216 |
“Azərbaycan Sənaye Sığorta” | 4.583.669 |
“Rəvan Sığorta” | 2.064.748 |
“AXA MBASK” Sığorta | 977.567 |
“Bakı Sığorta” | 862.335 |
"Xalq Həyat" Sığorta | 577.033 |
"Naxçıvansığorta" | 403.580 |
“Amrah Sığorta” | 373.395 |