Azərbaycan Mərkəzi Bankı (AMB) yeni sığorta modeli üzərində düşünür.

APA-Economics”in verdiyi xəbərə görə, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, əmanətlərin tam sığortalanması sistemindən yumşaq çıxmaq daha məqsədəuyğundur.

“Yeni sığorta modeli üzərində düşünürük. Bu, sahədə bütün problemlər həll edildikdən sonra olmalıdır, eyni zamanda keçid də yumşaq olmalıdır. Maliyyə sektorunda problemlər hələ həll olunmayıb. Bu gün maliyyə sabitliyi var. Ancaq nöqtəvi problemlər də mövcuddur. AMB olaraq bütün problemləri qısa müddətdə həll etməliyik”.