Böyük Britaniya Kraliçası II Elizabetin xatirəsinə 23 milyon dollarlıq nəhəng sikkə hazırlanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, basketbol topu böyüklüyündə olan sikkənin parçası üçün 3,6 kiloqram qızıl və 6000-dən çox brilyant istifadə edilib.

 

 

Lüks xatirə sikkəsini istehsal edən Şərqi Hindistan şirkəti onu təxminən 23 milyon dollar dəyərində qiymətləndirib. Məlumata görə, sikkənin çəkisi təxminən 1 kilodur.

Kraliça Elizabetin ölümünün birinci ildönümünə günlər qalmış təqdim edilən xatirə sikkəsi Britaniyada qanuni ödəniş vasitəsi hesab edilmir.

 

Gözəl Həşimova