Fransanın baş naziri Elizabet Born istefa verib. 

"Operativ Media" xəbər verir ki, bu barədə respublika prezidenti Emmanuel Makron "X" səhifəsində məlumat verib.

Bornun istefa ərizəsini təsdiq edən dövlət başçısı ona sədaqətinə və qətiyyətinə görə təşəkkür edib.

Qeyd edək ki, Born 2022-ci ilin mayından Fransa Nazirlər Kabinetinə rəhbərlik edirdi.