Qətərin məşhur “Əl-Cəzirə” telekanalı Xankəndinin mərkəzindən xüsusi reportaj hazırlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, telekanalın xüsusi müxbir Usamə bin Cavaid şəhərdəki son vəziyyəti şərh edib. 

Onun çıxışı zamanı yer adlarını olduğu kimi səsləndirməsi diqqət çəkib. O, bir neçə dəfə "Xankəndi", "Kəlbəcər", "Xocalı" sözlərini dilə gətirib. 

Daha sonra Usamə bin Cavaid studiyadakı xəbər spikerinin "etnik təmizləmə" ilə bağlı sualına cavab olaraq bildirib ki, ​​Azərbaycan hakimiyyətinin burada yaşayan erməniləri şəhəri tərk etməyə məcbur etməsi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb:

“Söhbət etdiyimiz hər kəs, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları insanların evlərindən qovulması və ya azərbaycanlılar tərəfindən hər hansı zorakılıqla üzləşməsi hallarının şahidi olmadıqlarını bildiriblər”, - müxbir qeyd edib.