Azərbaycan banklarının cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) bu ilin avqust ayında 442,3 milyon manat artaraq 21 milyard 814,2 milyon manat təşkil edib.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir ki, avqust ayında bankların biznes kreditləri portfeli 199,1 milyon manat artaraq 11 milyard 821,7 milyon manata, istehlak kreditləri portfeli 156,5 milyon manat artaraq 6 milyard 532,5 milyon manata, ipoteka kreditləri portfeli isə 86,6 milyon manat artaraq 3 milyard 459,9 milyon manata çatıb.

Əhalinin götürdüyü kreditlər olan istehlak və ipoteka kreditlərinin cəmi məbləği 9 milyard 992,4 milyon manata çatıb. 2023-cü ilin 8 ayı ərzində əhalinin banklara cəmi borcu 1 milyard 253,1 milyon manat artıb. Ötən ilin sonunda istehlak və ipoteka kreditləri cəmi 8 milyard 739,3 milyon manat təşkil etmişdi.

Bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar tərəfindən verilən kreditlər nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına cəmi qalıq borcu 10 milyard manatdan çoxdur.