Ege dənizində, Krit adası yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Ege dənizi Krit adası yaxınlığında baş verən zəlzələ yerli vaxtla səhər saat 10:49 radələrində baş verib.

Təxminən 4,9 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,8 olaraq ölçülüb.