Əfqanıstanın qərbində baş verən zəlzələ nəticəsində 14 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Herat vilayətinin ictimai səhiyyə departamentinin direktoru Məhəmməd Taleb Şəhid deyib.

Onun sözlərinə görə, Əfqanıstanın qərbindəki Herat əyalətində baş verən 6,3 maqnitudalı zəlzələ nəticəsində 78 nəfər yaralanıb.