Yanvarın 20-də Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan “Falcon 10” təyyarəsindən naməlum şəxslər təxminən 1,2 milyon dollar oğurlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Həşt-e Subh” qəzeti bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin mənbələri iddia edir ki, təyyarənin qəzaya uğradığı yerə ilk çatanlar Taliban silahlı qüvvələrinin Baş Qərargah rəisi Qari Fəsihəddin Fitrətlə əlaqəli şəxslər olub.