"Hazırda Əfqanıstanda 20-dən çox terrorçu qrup fəaliyyət göstərir və bütün region üçün təhlükə yaradır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Əfqanıstan hökumətinin Talibanın hakimiyyətə gəlməsindən əvvəl Tacikistana təyin olunmuş səfiri Məhəmməd Zahir Ağbar bildirib. 

"Əfqanıstanın müxtəlif bölgələrində 21 terror qruplaşmasının mövcudluğunun şahidi oluruq ki, bu da region və dünya üçün ciddi təhlükədir. Cihadçıların peşə məktəblərini bağlamaq, mədrəsələr açmaq siyasətinin şahidiyik. Bu, çox ciddi problemdir və dəhşətli nəticələrə gətirib çıxaracaq”, o bildirib.

Diplomat həmçinin iki il əvvəl Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın iqtidardakı fəaliyyətlərinə toxunub: "İnklüziv hökumət qura bilməyiblər və bunu heç vaxt edə bilməyəcəklər".

2021-ci ildə ABŞ hakimiyyəti silahlı qüvvələrini geri çəkmə qərarını elan etdikdən sonra Taliban Əfqanıstanda nəzarəti ələ keçirmək üçün əməliyyata başlayıb. Həmin il avqustun 15-də onlar heç bir müqavimətlə qarşılaşmadan Kabilə daxil oldular. Sentyabrda Taliban müvəqqəti hökumətin tərkibini elan edib, lakin onun legitimliyi hələ də dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb.

Bu il avqustun 15-də Əfqanıstanın bir sıra əyalətlərində Talibanın hakimiyyətə gəlməsinin ikinci ildönümünü qeyd etmək üçün yürüşlər keçirilib.