Əfqanıstan və Pakistan sərhədində Taliban üzvləri ilə sərhədçilər arasında silahlı toqquşma baş verib.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, insident Torkham keçid məntəqəsi yaxınlığında baş verib. Ölənlər barəsində isə məlumat yoxdur.

Xatırladaq ki, Torkham iki ölkə sərhədində ən sıx keçid məntəqəsi hesab olunur. İddialara görə, qarşıdurmalara səbəb əfqanların istehkamlar qurmaq cəhdi olub. Keçid məntəqəsindən nəqliyyatın hərəkəti isə dayandırılıb.

 

Gözəl Həşimova