Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) nümayəndələri anlaşa bilmədikləri üçün bir gün içərisində Nigeri tərk ediblər. Buna səbəb isə ECOWAS nümayəndələrinin Nigerdə dövlət çevrilişini həyata keçirən hərbçilərin başçısı general Abdurahman Tchiani və prezident Məhəmməd Bazumla görüşə bilməməkləri olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP xəbər agentliyi məlumat yayıb.

Nigeriyanın keçmiş prezidenti Abdusalam Abubakarın başçılıq etdiyi ECOWAS nümayəndə heyəti avqustun 2-də Nigerə gəlib. Nümayəndə heyətinin üzvləri qiyamın liderləri - prezident qvardiyasının hərbi qulluqçuları ilə danışıqlar aparmağı planlaşdırıblar. Münaqişəni həll etmək üçün ECOWAS bütün tədbirlərdən, o cümlədən hərbi müdaxilədən istifadə etməyə icazə verib. Bununla belə nümayəndələr bir gün belə ölkədə qala bilməyiblər.

Xatırladaq ki, iyulun 27-nə keçən gecə Niger Prezident Qvardiyasının bir qrup hərbçisi prezident Mohamed Bazum və onun bütün ailə üzvlərinin hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Daha sonra prezident qvardiyasının üzvlərinə Niger ordusunun komandanlığı dəstək verib. Hərbçilər ölkədə komendant saatı tətbiq edib, konstitusiyanın