Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə məlumat verilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında məlumat yayıb.

Bildirilib ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına 553,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 41,1 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 noyabr tarixinə kimi (47 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 138 milyon ABŞ dolları təşkil edib.