Beynəlxalq audit və konsaltinq şirkəti "Ernst & Young" turizm və yerləşdirmə sektoru üçün hazırladığı hesabatın nəticələrini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən hesabatda turizm sənayesi sahəsində dəyişən dinamika və tendensiyaların prioritetlərə təsir etdiyi bildirilib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının dərc etdiyi məlumatlara görə, "Atlanta Hartsfield-Jackson" hava limanı bu ilin oktyabr ayında 5,36 milyondan çox sərnişin ilə dünyanın ən işlək hava limanı olub.

Sərnişin axınında Dubay Beynəlxalq Hava Limanı siyahıda ikinci, İstanbul Hava Limanı isə yeddinci yerdə qərarlaşıb.

Hesabatda Türkiyənin turizm gəlirlərinin bu ilin ilk yarısında illik bazda 27% artaraq 21,7 milyard dollara çatdığı qeyd olunub. Bildirilib ki, Türkiyə 51 milyon ziyarətçi ilə 2022-ci ildə ən çox turist qəbul edən 5-ci ölkə olub.

 

Gözəl Həşimova