Myanma bu il 1 milyon tondan çox tiryək istehsal edib. Bununla da ölkə dünyanın ən böyük tiryək istehsalçısı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) hesabatında deyilir.

Məlumata görə, ötən il bu ölkədə tiryək istehsalı 790 ton təşkil edib.

Myanmada narkotik bazarının təxmini dəyəri 1-2,4 milyard dollara qədər artıb. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 1,7-4,1%-nə bərabərdir.

Bildirilib ki, Myanmada fermerləri tiryək yetişdirməyə 2021-ci ildə hərbi çevrilişdən sonra başlayan iqtisadi böhran sövq edib.

 

Gözəl Həşimova