Səyahətçilər üçün dünyanın ən bahalı turistik yerləri açıqlanıb.

Bu barədə İqtisadiyyat.az "Daily Mail"ə istinadən xəbər verir.

Məlumata görə, ən bahalı turistik yer Cənub qütbüdür. Belə ki, dünyanın ucqarlarına turlar 59 900 dollara təklif olunur. Paketə gediş-dönüş aviabileti, yemək və altı-yeddi gün ərzində çadırda qalmaq daxildir.

Turistlər üçün ən bahalı turistik yerlər arasında Böyük Britaniyadakı tarixi "Belmond British Pullman" qatarında səyahət də daxildir. 1951-ci il qatarı səhər Londonun Viktoriya stansiyasından yola düşür və həmin gün geri qayıdır. Səyahətçilər 3780 dollara rejissor Ues Andersonun özünəməxsus üslubunda yaratdığı interyerlərdən və beş yeməkdən ibarət nahardan həzz ala bilərlər.

O cümlədən, vəhşi təbiət həvəskarları üçün Afrika ölkələrinə səyahət təşkil edilir. Afrikada zooparkları ziyarət etmək icazəsi adambaşına 1500 dollara başa gəlir. Vəsaitin bir hissəsi isə ətraf mühit və təhsil layihələrinə gedir.

Dünyanın ən bahalı turistik yerləri siyahısına Everestə helikopter turu da daxildir. Planetin ən yüksək nöqtəsinə 4 saatlıq tur 1350 dollara başa gəlir. Uçuş zamanı ekstremal idman həvəskarları digər zirvələrə enə bilərlər.

Bundan əlavə, Keniyanın Nayrobi şəhərində “Giraffe Manor” otelində qalmaq bahalı əyləncələr siyahısına daxil edilib . Zürafələrin ən nadir növləri - Rotşild zürafələri orada yaşayır. Onlar mülkün ətrafında sərbəst gəzirlər. Mülkdə bir gecənin qiyməti 875 dollardan başlayır.

 

Gözəl Həşimova