Dünyada saç tökülməsindən əziyyət çəkən, yaxud sadəcə dəb üçün saçlarını keçəl saxlayan kişilərin statistikası açıqlanıb.

İqtisadiyyat.az World Population Review-nun 2023-cü il hesabatına istinadən xəbər verir ki, siyahıda ilk sırada Çexiya yer alıb.

Burada ölkənin kişi əhalisinin 42.8 %-i keçəldir. İkinci yerdə 42.6 %-lik göstərici ilə İspaniya gəlir. İlk üçlüyü 41.2 %-lik göstərici ilə Almaniya tamamlayır. Fransa və Böyük Britaniya ilk beşliyin sonrakı üzvləridir. İtalyanlar, niderlandlılar və polşalılar da ilk onluqda yer alır. ABŞ və Kanada isə ilk onluğu tamamlayan ölkələrdir.

İlk 25-likdə bizə yaxın ölkələrdən şimal qonşumuz olan Rusiya var. Rusiya kişilərin 33.3 %-nin keçəl olması ilə siyahının 13-cü sırasında yer alıb. 

Siyahı ilə aşağıdakı fotoda tanış ola bilərsiniz.