BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi bu ilin yanvar ayında yenidən ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvar ayında orta hesabla 118 bənd təşkil edib ki, bu da illik müqayisədə 10,4% azdır.

Məlumata görə, ərzaq qiymətlərinin baza səviyyəsi buğda və qarğıdalı qiymətlərinin ucuzlaşması səbəbindən cüzi də olsa azalıb.

Bu dövrdə FAO-nun Taxıl Qiymətləri İndeksi 2,2% azalıb. Ətin qiyməti indeksi isə 1,4% azalıb. Bununla da dünyada ətin qiyməti artıq 7 aydır ki, ucuzlaşır.

Eyni zamanda, FAO şəkər indeksi 0,8%, düyü indeksi isə 1,2% artıb.

 

Gözəl Həşimova