Qlobal ərzaq qiymətləri indeksi sentyabr ayında avqust ayı ilə müqayisədə dəyişməyərək 121,5 bənd təşkil edib ki, bu da 2022-ci ilin müvafiq səviyyəsindən 10,7% azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.

2010-cu ildən bəri ən yüksək həddə çatan şəkər və qarğıdalı üzrə kotirovkaların əhəmiyyətli dərəcədə artması bitki yağları, süd məhsulları və ətin kotirovkalarının azalması ilə kompensasiya edilib.

Bu dövrdə FAO Bitki Yağı Qiymətləri İndeksi 3,9% azalıb. Süd məhsullarının qiymət isə 2,3% azalıb.

 

Gözəl Həşimova