Ötən il dünyada ən çox qızıl hasil edən ölkələrin siyahısı açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti (USGS) məlumat yayıb.
Araşdırmalar göstərib ki, 2023-cü ildə ən çox qızıl hasil edən ölkə 370 ton ilə Çin olub:
Ölkə |
Qızıl hasilatının həcmi |
Çin |
370 ton |
Avstraliya |
310 ton |
Rusiya |
310 ton |
Kanada |
200 ton |
ABŞ |
170 ton |
Qazaxıstan |
130 ton |
Meksika |
120 ton |
İndoneziya |
110 ton |
Cənubi Afrika |
100 ton |
Özbəkistan |
100 ton |
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 2 min 614 kq qızıl hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 17,7% azdır.
Gözəl Həşimova