Bir sıra böyük banklar qızılın qiymətinin artmağa davam edəcəyini və 2025-ci ildə maksimum səviyyəyə çatacağını proqnozlaşdırır.

İqtisadiyyat.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

İsveçrənin "UBS" bankının analitikləri hesab edir ki, qiymətli metalın dəyəri yaxın 6-12 ay ərzində arta bilər.

Amerikanın "JP Morgan" bankı qızılın qiymətinin bir troya unsiya üçün 2850 dollara, "Bank of America" və Avstraliyanın investisiya bankı "Macquarie" isə qiymətin unsiya üçün 3000 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır.

Məlumata görə, bu, birja fondlarına böyük həcmdə vəsait axını və aparıcı mərkəzi bankların, o cümlədən ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin azalması ilə əlaqələndiriləcək.

 

Gözəl Həşimova