Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 31,5 milyon ABŞ dolları dəyərində 510,8 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 1,4% azdır.

Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,17%-ni təşkil edib.

 

Gözəl Həşimova