Qlobal xam polad istehsalı avqust ayında illik müqayisədə 6,5% azalaraq 144,8 milyon tona enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) avqust ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Sözügedən dövrdə polad istehsalı Çində 10,4 faiz azalaraq 77,9 milyon tona, Rusiyada 11,5 faiz azalaraq 5,8 milyon tona, İranda 9,9 faiz azalaraq 1,4 milyon tona, Yaponiyada isə 3,9 faiz azalaraq 6,9 milyon tona enib.

Türkiyənin xam polad istehsalı isə avqust ayında 13,8 faiz artaraq 3,1 milyon tona çatıb.

Hesabat dövründə polad istehsalı Hindistanda illik bazda 2,6 faiz artaraq 12,3 milyon tona, ABŞ-də 0,7 faiz artaraq 7 milyon tona, Almaniyada 0,5 faiz artaraq 2,9 milyon tona yüksəlib.

 

Gözəl Həşimova