Cari ilin yanvar-avqust aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 27 339,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 0,2% azdır.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 25 267,9 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 0,3% azdır.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 19 263 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 25 122,8 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 4,4% azalıb, əmtəəlik qaz hasilatı isə 4,1% artıb”, - məlumatda qeyd olunur.

Məlumatda o da qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 19 304,1 min ton neft (4,6% azalma) və 33 030,4 mln. kubmetr qaz (2,6% artım) hasil edilib.