Ümumdünya Ərzaq Proqramı (WFP) humanitar əməliyyatların əhatəsini genişləndirmək və qarşıdakı 2 ayda 1,1 milyon insana ərzaq yardımı çatdırmaq üçün hər gün 40 yük maşınının Qəzzaya girməli olduğunu bildirib.

İqtisadiyyat.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, Qəzzada böyük yanacaq qıtlığı yaşanır və bu da ərzaq yardımının dayandırılmasına səbəb olacaq. Yanacaq tədarükü olmadıqda isə zavodlarda çörək istehsal edilə bilməyəcək.

 

Gözəl Həşimova