Neft emalı şirkətləri dünyanı kifayət qədər dizel yanacağı ilə təmin edə bilmirlər. Buna görə də dünya dizel yanacağı qıtlığı ilə üz-üzədir.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, dizelin bir barelinin qiyməti 140 dollardan yuxarı ola bilər. Bildirilib ki, buna səbəb "OPEC+" ölkələrinin neft hasilatını azaltması və Şimal yarımkürəsində yay fəslinin isti keçməsi ilə əlaqədar bir çox fabriklərin iş sürətini yavaşlatması olub.

 

Gözəl Həşimova