Dünya Bankı (DB) Qəzza zolağında zərər çəkmiş əhaliyə əlavə yardım göstərmək üçün 20 milyon dollar ayırmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank özü məlumat yayıb.

"Dünya Bankı ümumi 35 milyon dollarlıq dəstək paketinin bir hissəsi olaraq Qəzzada zərər çəkmiş insanlara 20 milyon dollarlıq yeni təcili maliyyə yardımı elan edib", - məlumatda qeyd edilib.

Qeyd edilib ki, maliyyələşdirmə münaqişədən zərər çəkmiş Qəzza zolağı və İordan çayının qərb sahilinin əhalisinə dəstək vermək üçün nəzərdə tutulan 35 milyon dollarlıq ümumi paketdən ayrılacaq. Bu paketin 15 milyon dolları artıq daha əvvəllər ayrılıb.