Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin on ayında proqnozla müqayisədə 9 faiz və ya 472 milyon manat çox olmaqla 5 milyard 577 milyon manat təşkil edib.

Fonddan İqtisadiyyat.az-a bildiriblər ki, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-oktyabr aylarında proqnozla müqayisədə 9 faiz və ya 350 milyon manat artaraq 4 milyard 221 milyon manat olub.

Cari ilin on ayında DSMF-nin xərcləri 5 milyard 51 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 688 milyon manat çoxdur.