Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 6 milyard 677 min 200 manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz və ya 948 min manat çox olub.

Bildirilib ki, gəlirlərin böyük hissəsi daxilolmaların payına düşür.