Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 14 milyard 932 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 5 milyard 728 milyon manatı və yaxud 17%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, vergi daxilolmaları təsdiq olunmuş proqnozla müqayisədə 1 milyard 530 milyon manat və yaxud 11,4%, gömrük daxilolmaları isə təsdiq olunmuş proqnozla müqayisədə 925 milyon manat və yaxud 19,3% çoxdur.