Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs könüllü tibbi sığorta xidmətinin satın alınması ilə əlaqədar açıq tender elan edir.

"Finans.az" xəbər verir ki, tender 1 lot üzrə könüllü tibbi sığorta xidmətinin satın alınması məqsədilə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza vasitəsilə daxil olsunlar va tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri portal vasitəsi ilə 27 yanvar 2020-ci il saat 11.00-dək təqdim etməlidirlər.

Tender təklifinin portala yüklənməsinin son tarixi və vaxtı 4 fevral 2020-ci il saat 18.00-dır. Təkliflərin açılışı tarixi və vaxtı 5 fevral 2020-ci il saat 11.00-dır. İddiaçılar açılışın nəticələrini portal vasitəsi ilə izləyə bilərlər. Tender təkliflərini qiymətləndirib müqayisə edərkən əsas şərtlər topIusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

Tenderdə iştirak haqqı 300 manat təşkil edir.