2021-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 320,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, dövlət büdcəsinin gəlirləri ötən ilin yanvar ayı ilə müqayisədə 27,4 faiz artıb. 

Yanvar ayı ərzində dövlət büdcəsinin xərcləri isə 1 milyard 231,9 milyon manat təşkil edib. Büdcə xərcləri 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 12,2 faiz azalıb.

Büdcənin icrasında 1 milyard 88,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 17,4 faizi qədər profisit yaranıb.