"İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi" publik hüquqi şəxs elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "RİNARA PHARMA" MMC olub. Qalib şirkətə 1.400.034,54 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 600 AZN, predmeti isə xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin və sərfiyyat mallarının satın alınmasıdır.

Satınalan təşkilatın VÖEN-i: 1701911851

Satınalan təşkilatın ünvanı:  Nəsimi rayonu, Lev Tolstoy küç 170

Ətraflı: https://etender.gov.az/main/competition/detail/291638

Məlumat üçün bildirək ki, "Rinara Pharma” MMC əzcaçılıq şirkətidir və "Keşəli MMC”nin bazasında təsis edilib.